Cari il antidopinq maarifləndirmə tədbirləri baxımından zəngin olub. Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli dekabrın 27-də təşkil olunan mətbuat konfransında deyib. Şəfəq Hüseynli qeyd edib ki, il ərzində 4500 nəfəri əhatə edən 47 maarifləndirmə seminarı, 10 vebinar, 12 kütləvi təşviqat tədbiri, 20 tədbir keçirilib. Bu il təkcə Gənclər və İdman, Elm və Təhsil nazirlikləri ilə birgə Yardımlı, Lerik, Cəlilabad, Masallı, Şəmkir, Göygöl və digər bölgələrdə maarifləndirmə işi aparılıb. Tədbirlərə 1300-dən artıq idmançı, məşqçi, həkim və idman müəllimi qatılıb.
«Bölgələrdə maarifləndirmə işi aparılıb»