Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi idmançılarımızın 2022-ci ildə beynəlxalq yarışlarda qazandığı medalların sayını açıqlayıb. Belə ki, təmsilçilərimiz ümumilikdə 837 medal əldə ediblər.
Bunlardan 356-sı (116 qızıl, 101 gümüş, 139 bürünc) olimpiya, 384-ü (110 qızıl, 105 gümüş, 169 bürünc) qeyri-olimpiya, 97-si (44 qızıl, 18 gümüş, 35 bürünc) paralimpiya proqramının payına düşür.