Avstraliya Tennis Federasiyası Rusiya və Belarusdan olan idmançıların bu il açıq Avstraliya çempionatında iştirak etməsi barədə qərar qəbul edib.
Rusiyalı və belaruslu tennisçilərin ancaq fərdi yarışlarda iştirakına icazə verilib. 2022-ci ildə “Uimbldon” turnirinin təşkilatçıları Rusiya və Belarus tennisçilərinin turnirdə iştirakına icazə verməmişdi.Buna görə ATP (Peşəkar Tennisçilər Assosiasiyası) təşkilatçıları 1 milyon ABŞ dolları cərimələmişdi.
Qeyd edək ki, açıq çempionat yanvarın 16-dan 29-dək keçiriləcək. Turnirin sonuncu qalibi 2022-ci ildə finalda rusiyalı tennisçi Daniil Medvedevi məğlub edən ispaniyalı Rafael Nadaldır.