“Olimpsport” jurnalının Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 30 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb. Nəfis tərtibatda hazırlanmış jurnalın üz qabığında Olimpiya çempionlarımızın və Milli Olimpiya Komitəsinin 30 illik yubileyini əks etdirən şəkillər yer alıb. Bundan başqa Azərbaycan Respublikasının prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin Milli Olimpiya Komitəsinin üzvlərinə təbrik müraciəti də jurnalda yer alıb. “Olimpsport” jurnalının təsisçisi və baş redaktoru Ramin Allahverdiyev oxucularla öz ürək sözlərini bölüşüb. Gənclər və idman naziri Fərid Qayıbovun yenidən Avropa Gimnastikasının prezidenti seçilməsinin posteri əks olunub. Jurnalda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin qurumun 30 illik fəaliyyətinə həsr olunmuş müsahibəsi dərc olunub. Jurnalda Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevin və idman ictimaiyyətinin tanınmış nümayəndələrinin MOK-un yaranmasının 30 illik yubileyi münasibəti ilə təbrikləri də yer alıb. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov Milli Olimpiya Komitəsinin 30 ildəki fəaliyyətindən bəhs edib.
Jurnalda gənclər siyasəti mövzusunda “Gənclər paytaxtı Tovuzda gənclər siyasəti uğurla həyata keçirilir” başlığı altında yazıya da yer ayrılıb. AMADA-nın rəhbəri Şəfəq Hüseynlinin “Sağlamlıq, bərabərlik, ədalətli yarış və rəqabət ortaq dəyərlərimizdir” fikirləri məqalə şəklində oxuculara təqdim olunub.
Jurnalda kino və incəsənət mövzusuna da xüsusi dəyər verilib. Belə ki, xalq artisti Rasim Balayev çəkildiyi filmlərdə idmanın rolundan danışıb.
Jurnalda həmçinin uşaq idmanına da xüsusi diqqət yetirilib.