Karateçilərimiz Afinada mübarizə aparacaqlar

Karateçilərimiz Afinada mübarizə aparacaqlar

 

Yanvarın 13-15-də Yunanıstanın paytaxtı Afinada karate üzrə Seriya A turniri keçiriləcək. 73 ölkənin karateçilərinin iştirak etdiyi yarışda Azərbaycan idmançıları da güclərini sınayacaqlar. Turnirdə ölkəmizi 10 idmançı təmsil edəcək. Kişilərin yarışında Ramil Baxşəliyev (60 kq), Firdovsi Fərzəliyev (67 kq), Ayxan Mamayev, Hüseyn Hüseynzadə (hər ikisi 84 kq), Tural Ələkbərli və Samir İbrahimov (hər ikisi 75 kq), qadınların mübarizəsində isə Fidan Teymurova (50 kq), Renata Ərəbli, Suada Kərimova və Ayla Rzazadə (hamısı 61 kq) güclərini sınayacaqlar.