İdman mübarizə və əyləncəni özündə birləşdirən həyat tərzidir
Ənənəvi idman növlərinin adlarını eşidərkən, gözlərimiz önündə hansı hərəkətlərin icrası və məqsədin nədən ibarət olunması ilə bağlı bizdə təsəvvür formalaşır. Lakin elə idman növləri var ki, onların adlarını eşitmişik, amma həmin idman növündən xəbərsizik. Hətta elə idman növləri var ki, onu görmüşük, lakin adını bilmirik. "Olimpiya dünyası” qəzeti bu sayında adları müəmmalı olan, yaxud adlarını bilmədiyimiz idman növləri ila bağlı yazını çoxsaylı oxucularına təqdim edir.
Boubil
Bu idman növü dünyada məşhurluq qazanmaqdadır. İdmanın iki növünün birləşməsindən yaranan boubil ilk baxışdan nəhəng bilyard stolunda oynanılan boulinq yarışını xatırladır. 1985-ci ildə ABŞ-da yaşayan Stiv Vinekin fikirləşdiyi boubil öz əksini 20 ildən sonra tapa bilib. Belə ki, Stiv gərgin iş qrafikini bir kənara qoyaraq, bu idman növünün ərsəyə gəlməsinə xeyli vaxt və maliyyə sərf edib. 2008-ci ildə ilk boubil meydançası ərsəyə gətirilib. Meydançanın yaradılmasında Stiv və dostları 5 yük maşını həcmində çay daşı, 38 tir və xeyli betondan istifadə edib. Oyun meydançası hazır olduqdan sonra boulinq daşlarını əlavə edən Stiv oyunu ilk sınağdan dostları və ailə üzləri ilə keçirib. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan boubil qısa zaman ərzində kütlənin böyük rəğbətini qazanıb. Okeanın o tayında yaranmış bu oyun hazırda Avropada da sevilir. Hətta bir sıra ölkələrdə bu növ üzrə yarışlar təşkil olunur.
Anar