Avropa Gəncləri Qış Olimpiya Festivalı: Fiqurlu konkisürənimiz qısa proqramda çıxış edib

Avropa Gəncləri Qış Olimpiya Festivalı: Fiqurlu konkisürənimiz qısa proqramda çıxış edib

İtaliyanın Friuli Venesiya Culiya bölgəsində keçirilən Avropa Gəncləri Qış Olimpiya Festivalı davam edir. Bu gün festivalda ölkəmizi təmsil edən fiqurlu konkisürənimiz Səbinə Əliyeva mübarizəyə başlayıb. İdmançımız ilk çıxışını qısa proqramda edib. Təmsilçimiz qısa proqramda hakimlərdən 45.27 xal alıb. S.Əliyeva bu nəticə ilə 30 ölkənin iştirakçısı arasında 10-cu yeri tutub.

Fiqurlu konkisürənimizin növbəti çıxışı yanvarın 27-də olacaq. İdmançımız sərbəst proqramda yüksək nəticə uğrunda mübarizə aparacaq.