"Qarabağ"dan növbəti transfer

"Qarabağ"dan növbəti transfer

Azərbaycanın "Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Klubun rəsmi saytının verdiyi məlumata görə, Ağdam təmsilçisi Fransanın "Dijon" komandasından Yassin Benzianı transfer edib. "Köhlən atlar" Əlcəzair millisinin 29 yaşlı keçmiş hücumameylli yarımmüdafiəçisi ilə 2025-cı il iyunun 30-dək müqavilə imzalayıb.

Fransa vətəndaşlığı da olan Yassin Benzia buna qədər karyerası ərzində "Lion", "Lill", Türkiyənin "Fənərbağça", "Hatayspor" və Yunanıstanın "Olimpiakos" komandalarında çıxış edib. O, 2016 - 2018-ci illərdə çıxış etdiyi Əlcəzair yığmasında 4 oyun keçirib və 1 qol müəllifi olub.