“Qarabağ” klubu Andrey Lunyovla razılığa gələ bilmədi

“Qarabağ” klubu Andrey Lunyovla razılığa gələ bilmədi

Almaniyanın “Bayer” klubunda çıxış edən rusiyalı qapıçı Andrey Lunyovun Ağdamın “Qarabağ” komandasına keçidi baş tutmayıb. Bu barədə Ağdam klubunun direktoru Emrah Çelikel Rusiyanın “Championat” nəşrinə açıqlamasında bildirib. O, Leverkuzen təmsilçisi ilə razılığa gələ bilmədiklərini və danışıqların başa çatdığını bildirib.

Xatırladaq ki, “Qarabağ" əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin ağır zədə almasından sonra yeni qolkiper axtarışındadır.