MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO

MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO

Fevralın 1-də “Şöhrət” ordenli, “Əməkdar bərən tərbiyəsi və idman xadimi”, Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri, sərbəst güləş üzrə Avropa və dünya çempionu Xəzər İsayevin 60 illik yubileyi qeyd olunub.

MOK-un inzibati binasında keçirilən yubiley tədbirində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclis sədrinin müavini Adil Əliyev, millət vəkilləri Rauf Əliyev, Könül Nurullayeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Olimpiya çempionları, federasiya və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edib.

Tədbirdə əvvəlcə Xəzər İsayevin həyatından və qazandığı uğurlardan bəhs edən videoçarx nümayiş olunub.

Sonra çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yubilyarın yüksək insani keyfiyyətlərindən danışaraq bildirib: “Bu gün bizim üçün belə bir tədbirdə iştirak etmək çox xoşdur. Azərbaycanın ən məşhur idman xadimlərindən biri Xəzər İsayevin 60 illik yubileyidir. Xəzər müəllimlə hər ikimiz 1997-ci ildə Milli Olimpiya Komitəsinə vitse-prezident seçilmiş və 24 il çiyin-çiyinə idmanın inkişafı üçün çalışmışıq. Bütün fəaliyyətimiz bir yerdə olub. O, bu illər ərzində özünü bir idmançı və mütəxəssis kimi nəyə qadir olduğunu dəfələrlə göstərib”.

X.İsayevin Azərbaycanda idmanın inkişafına verdiyi töhfələrdən danışan Ç.Hüseynzadə yubilyara uzun ömür, cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov Xəzər İsayevin idman karyerasını bitirdikdən sonra fəaliyyətini bu sahə üzrə davam etdirdiyini, perspektivli güləşçilərin yetişməsində mühüm rol oynadığını və idmanda ədalət prinsiplərinin təbliğini həmişə diqqət mərkəzində saxladığını bildirib.

Yubilyarın səmimi və mehriban insan olduğunu vurğulayan nazir X.İsayevin təkcə Azərbaycanda deyil, ölkə xaricində də böyük nüfuza sahib olduğunu qeyd edib.

“Xəzər İsayev Azərbaycan idmanı üçün böyük nailiyyətlər əldə edən idmançılardandır. Özünü idman sahəsinə həsr edən səmimi insandır. Xəzər müəllimə növbəti yubileyə qədər möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq”, - deyə Fərid Qayıbov fikirlərini tamamlayıb.

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışaraq deyib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu idman siyasəti bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan idmançıları həmin uğurlu siyasəti dəstəkləyir. Məhz həmin idmançılar ölkəmizi dünyada layiqincə təmsil edir, qalib xalqın nümayəndələri olduqlarını sübut edirlər.

“Xalqımızı beynəlxalq arenalarda güclü idman ölkəsi kimi tanıtdıran Xəzər İsayevin dövlətimiz qarşısında böyük xidmətləri var. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev zamanında Xəzər İsayevə böyük qiymət verib. Bu gün cənab Prezidentimiz İlham Əliyev Xəzər müəllimə böyük etimad göstərib. Xəzər İsayev Azərbaycan gəncləri və idmançıları üçün bir örnəkdir. Həmçinin o, Azərbaycan idmanı üçün dəyərli bir şəxsiyyətdir. Xəzər İsayevlə tanışlığım 80-ci ilin sonlarına təsadüf edir. Ona hamı hörmətlə yanaşır və o da həmişə idmançıların yanında olur. Ölkəmizin güləş idman növündə əldə etdiyi uğurlarda məhz X.İsayevin də böyük payı var”, - deyə A.Əliyev əlavə edib.

Millət vəkili Rauf Əliyev tədbir iştirakçılarını salamlayaraq Xəzər İsayevi yubiley münasibəti ilə təbrik edib. O, Xəzər İsayevin bu illər ərzində şərəfli bir yol keçdiyini, gənclər üçün bir mayak olduğunu bildirib: “Xəzər İsayev o insanlardandır ki, SSRİ dövründə yığma komandanın tərkibinə düşdü və dünya çempionu oldu. Bu, çox böyük nailiyyətdir. Xəzər müəllim kimi insanlar ölkəmiz üçün hələ çox lazımdır”

Millət vəkili Könül Nurullayeva isə Xəzər İsayevin adını Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazan bir şəxsiyyət olduğunu bildirib.

Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, yazıçı, nasir və dramaturq Xeyrəddin Qoca, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadov, “Arpaçay” karate klubunun prezidenti Yavər Hüseynov, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Elşad Nərimanov Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Mehman Əliyev, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Olimpiya kateqoriyalı hakim Hicran Şərifov və digərləri çıxış edərək yubilyarın keçdiyi şərəfli həyat yolundan söz açıb, ona fəaliyyətində yeni uğurlar arzulayıblar.

Tədbirin sonunda çıxış edən Xəzər İsayev göstərilən diqqətə görə minnətdarlığını bildirib. “Belə bir gündə mənimlə bir yerdə olan dostlarıma minnətdarlığımı bildirirəm. Mənim bu həyatda ən böyük qazancım ətrafımda sizin kimi dostlarımın olmasıdır. Əgər insan hansısa bir nailiyyəti əldə edirsə, tanınmış insana çevrilirsə, amma ona insanlar tərəfindən sevgi olmursa, onun gördüyü işlər də mənasız olar. Bu gün sizin sayənizdə bu sevgini, diqqəti gördüyüm üçün özümü xoşbəxt hiss edirəm”, - deyə Xəzər İsayev bildirib.

 

MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Xəzər İsayevin 60 illik yubileyi qeyd edilib - FOTO