Alveşi daha bir məhkəmə gözləyir

Alveşi daha bir məhkəmə gözləyir

 

Cinsi təzavüzdə ittiham olunaraq həbs olunan braziliyalı futbolçu Dani Alveşin həyat yoldaşı Joana Sanz boşanmaq üçün məhkəməyə müraciət edib. "Marca" xəbər verir ki, ispaniyalı model Alveşi ittiham edən qadının iddiasına şübhə etmir. Buna görə də o, 6 il əvvəl nigaha girdiyi futbolçu ilə ayrılmaq qərarına gəlib.Xatırladaq ki, ittiham sübuta yetirilsə, Alveşi 4 ildən 12 ilədək cəza gözləyir. "Barselona", "Yuventus" və PSJ-nin sabiq futbolçusu məhəkəmədən sonra həbs edilib.