Türkiyə Superliqasının oyunları nə vaxt bərpa ediləcək? 

Türkiyə Superliqasının oyunları nə vaxt bərpa ediləcək? 

Türkiyə Superliqasında oyunların martın 3-4-dən etibarən bərpa ediləcəyi planlaşdırılır. Bunu Türkiyə Futbol Federasiyasının prezidenti (TFF) Mehmet Böyükekşi açıqlayıb. Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar ölkənin 10 əyalətində, o cümlədən Suriya da daxil olmaqla, qonşu dövlətlərdə hiss edilib. Son məlumatlara görə, Türkiyədə 16,5 mindən çox insan ölüb, 66 mindən çox insan yaralanıb. 

Türkiyədə güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar yeddigünlük milli matəm elan olunub. Həmçinin bütün idman yarışları təxirə salınıb.