UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - “Gent” oyununu idarə edəcək hakimlər müəyyənləşib. “Köhlən atlar”ın Belçika klubu ilə oyunu İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Məhəmməd Al-Hakimə Fredrik Klyver və Robin Vilde laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Bojan Pandzic yerinə yetirəcək. Polşalı Bartosz Frankovsk VAR hakimi, Pavel Pskit isə onun köməkçisi olacaq. Estoniyalı Uno Tutk hakim-inspektor, irlandiyalı Peadar Ryan UEFA nümayəndəsi kimi təyinat alıb.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab oyunu isə fevralın 23-də Belçikada keçiriləcək.