Çempionlar Liqası: “Borussiya Dortmund” və “Benfika”dan qələbə

Çempionlar Liqası: “Borussiya Dortmund” və “Benfika”dan qələbə

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib. Gecənin maraqla gözlənilən oyunu Almaniyada təşkil olunub. Dortmundun "Borussiya" klubu "Siqnal İduna Park" stadionunda İngiltərənin "Çelsi" omandasını qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçada vurulan yeganə qolun müəllifi Kərim Adeyemi olub. O, qarşılaşmanın 63-cü dəqiqəsində “zadəganlar”ın qapısına yol tapmaqla cavab qarşılaşması ərəfəsi komandasına üstünlük qazandırıb.

Gecənin digər oyunu Belçikada oynanılıb. "Brügge" klubu “Yan Breydel” stadionunda Portuqaliyanın “Benfika” komandasını qəbul edib. Oyun qonaqların 2:0 hesabı ilə başa çatıb. “Benfika”nın heyətində 51-ci dəqiqədə penaltidən Joau Mariu və 88-ci dəqiqədə David Neres fərqlənib.