“Sambaçılar”ın yeni baş məşqçisi müəyyənləşdi

“Sambaçılar”ın yeni baş məşqçisi müəyyənləşdi

Futbol üzrə Braziliya milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib. Dünya çempionatından sonra millidən istefa verən Titeni bu vəzifədə Ramon Menezes əvəzləyib. 51 yaşlı mütəxəssis baş məşqçinin səlahiyyətlərini müvəqqəti yerinə yetirəcək.

O, bundan əvvəl Braziliyanın 20 yaşadək futbolçulardan ibarət yığmasına başçılıq edib. Komanda onun rəhbərliyi ilə öz yaş qrupu üzrə son dünya çempionatının qalibi adını qazanıb.