Konfrans liqası: “Qarabağ” Bakıda “Gent”ə qalib gəldi

Konfrans liqası: “Qarabağ” Bakıda “Gent”ə qalib gəldi

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək. Turnirdə mübarizə aparan Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda Belçikanın "Gent" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq oyun saat 21:45-də başlayacaq. Matçın baş hakimi İsveç Futbol Federasiyasından Məhəmməd Al-Hakim olacaq.

"Qarabağ" tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq. Ağdamlılar ötən mövsüm turnirin bumərhələsindəFransanın "Marsel" klubuna məğlub olaraq (1:3, 0:3) avrokuboklarla vidalaşmışdı.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək.