Bu gün Çempionlar Liqasında daha iki oyun keçiriləcək 

Bu gün Çempionlar Liqasında daha iki oyun keçiriləcək 

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək. Gecənin ən prinsipial matçı İngiltərədə baş tutacaq. “Enfild” stadionndakı oyunda "Liverpul" və İspaniyanın "Real Madrid" klubları qarşılaşacaq. Bakı vaxtilə saat 00:00-da başlayacaq oyunu rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Gecənin digər oyunu isə Almaniyada təşkil olunacaq. Bundestim təmsilçisi "Ayntraxt" “doğma meydanda İtaliyanın "Napoli" klubunu qəbul edəcək. Oyunu portuqaliyalı hakim Artur Diaş idarə edəcək. Matç Bakı vaxtilə saat 00:00 başlayacaq.