Los-Anceles-1984 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 110 metr məsafəyə maneələrlə qaçışda üçqat dünya çempionu Qreq Foster vəfat edib. Keçmiş atlet 65 yaşında dünyasını dəyişib. 2016-cı ildə Foster amiloidoz (zülal mübadiləsinin pozulması) diaqnozu qoyulub, bundan sonra o, kimyaterapiya kursu alıb. 2020-ci ildə isə ABŞ idmançısı ürək transplantasiyası əməliyyatı keçirib.
Qeyd edək ki, Qreq Foster 1983, 1987 və 1991-ci illərdə dünya çempionu olub.