İdman və bədən tərbiyəsi sahəsində bir sıra kitab müəllifi olan pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin tezliklə yeni kitabı işıq üzü görəcək. Bu sahədə yorulmaz fəaliyyət göstərən pedaqoq “Qərbi Azərbaycan idmanı” adlı kitabın xüsusi buraxılışını hazırlayır.
Qərbi Azərbaycanın başqa sahələrdə olduğu kimi idman tarixində də silinməz izlər qoymuş insanlarının əf¬sanəyə bənzər fəaliyyətləri bu gün də xalqın hafizəsində yaşamaqdadır. İdmanımızın şanlı səhifələ¬rini yaradanların xatirəsi daim əziz tutulur. Keçmiş irsə doğma münasibət, idmançılarımızı indi ye-tişməkdə olan nəslə tanıtmaq, yeni nəslin tərbiyəsində sələflərin həyat təcrübəsindən istifadə etmək, keçmişə hörmət və rəğbət hissinin aşılanması təqdirəlayiqdir.
Bu gün¬lərdə Vətənimizin yeni şanlı tarixi yazılır. Şanlı tarixin ən dəyərli sözlərini Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatiyasının, dünyada yüksək nüfuzunun məntiqi nəticəsi kimi Azərbaycan or¬dusu dedi. Fərəhli haldır ki, biz bu şanlı tarixin canlı şahidləriyik.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə keçirdiyi görüşdə dediyi kimi: “İnşallah! O gün gələcək. Necə ki 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyi gün gəldi. O günün yaxınlaşması üçün hər birimiz Qərbi Azərbaycan İcmasına əlimizdən gələn köməyi əsirgəməməliyik”.
Pedaqogika üzrə elmlər doktoru bu zərurətin mahiyyətini dərindən dərk edərək, Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi kimi, müvafiq sənədlərə və mənbələrə istinad edərək “Qərbi Azərbaycan idmanı” adlı kitab hazırlayır. Kitabda Qərbi Azərbaycanın bədən tərbiyəsi və idman tarixi, kütləvi bədən tərbiyəsi və idmanın inkişafı, idmançıların həyatı və idman nailiyyətləri işıqlandırılacaq. Bir sözlə “Qərbi Azərbaycan idmanı” adlı bu kitab Qərbi Azərbaycanda kütləvi bədən tərbiyəsi və idmanın XX əsrdən bu günümüzədək keçdiyi inkişaf yoluna işıq salacaq.
2 fəsil və 4 yarımfəsildən ibarət olacaq kitab oxucuda müəyyən təəssüratlar yaradacaq, bu sahə üzrə ixtisasçılar, qərbi azərbaycanlılar, idman ictimaiyyəti, habelə geniş oxucu kütləsi üçün faydalı olacaq. Nəzərə almaq lazımdır ki, kitab Qərbi Azərbaycan idmançılarının tarixini belə geniş əhatə edən ilk nəşr olacaq.
Bunun üçün Qərbi Azərbaycanda bədən tərbiyəsi və idman tarixi, kütləvi bədən tərbiyəsi və idmanın inkişafı, pəhləvanların, idmançıların həyatı və idman nailiyyətləri barədə, fotoşəkil olmaqla Dilqəm Quliyevin elektron ünvanına göndərməniz xahiş olunur.
Dilqəm Quliyev,
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
pedaqogika üzrə elmlər doktoru, professor
[email protected]. Tel: 050 488 60 80; 0125648337