Çempionlar Liqası: Qonaqlar günü qələbə ilə başa vurdular

 Çempionlar Liqası: Qonaqlar günü qələbə ilə başa vurdular

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib. Gecənin maraqla gözlənilən oyunu İngiltərədə təşkil olunub. “Enfild” stadionunda "Liverpul" klubu İspaniyanın "Real Madrid" komandasını qəbul edib. "Kral klubu" mersisayd səfərində Yurgen Klopun komandasını darmadağın edib -2:5.

Gecənin digər oyununda isə İtaliyaın "Napoli" klubu Almaniya səfərində "Ayntraxt"ın qonağı olub. Görüş qonaqların qələbəsi ilə başa çatıb -0:2.