Çempionlar Liqası: Bu gün 1/8 finalın ilk oyunlarına yekun vurulacaq

Çempionlar Liqası: Bu gün 1/8 finalın ilk oyunlarına yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Son oyun günündə də iki qarşılaşma təşkil olunacaq. Turnirin favoritlərindən "Mançester Siti"( İngiltərə) Almaniya səfərində "Leyptsiq"in qonağı olacaq. Niderlanddan olan Türkiyə əsilli Serdar Gözübüyükün idarə edəcəyi qarşılaşmaya Bakı vaxtilə 00:00-da start veriləcək.

Gecənin digər oyunu isə İtaliyada təşkil olunacaq. "İnter" “Cüzeppe Miatsa”da Portuqaliyanın "Portu" komandasını qəbul edəcək. Bakı vaxtilə saat 00:00-da başlayacaq matçı serbiyalı baş hakim Srcan Yovanoviç idarə edəcək.