“Qarabağ” avrokuboklarla vidalaşdı

“Qarabağ” avrokuboklarla vidalaşdı

Azərbaycanın “Qarabağ” klubu UEFA Konfrans Liqasında pey-off mərhələsinin cavab oyununa çıxıb. Səfərdə Belçikanın “Gent” klubuna məğlub olan Ağdam təmsilçisi turnirlə vidalaşıb. Gent şəhərindəki "Gelamko Arena"da təşkil olunan oyunun əsas vaxtı 0:1 hesabı ilə başa çatıb. İlk oyunda “Qarabağ” eyni hesabla qalib gəldiyindən, oyunda əlavə vaxt oynanılıb. İki əlavə vaxtda da hesab açılmayıb.

Oyundan sonra təyin olunan penalti zərbələrində daha dəqiq oynayan “Gent” futbolçuları 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəliblər.