Ötən ilin ən yaxşı baş məşqçisi Lionel Skaloni oldu

Ötən ilin ən yaxşı baş məşqçisi Lionel Skaloni oldu

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni FİFA tərəfindən 2022-ci ilin ən yaxşı baş məşqçisi seçilib. O, ən yaxşı baş məşqçi adı uğrunda mübarizədə italiyalı Karlo Ançelotti və “Mançester Siti”nin ispaniyalı baş məşqçisi Xosep Qvardiolanı qabaqlayıb.

Argentina millisiLionel Skaloni rəhbərliyi altında 2022-ci ildə 1986-cı ildən sonra ilk dəfə, ümumilikdə isə üçüncü dəfə dünya çempionu olub.