İlin ən yaxşı qadın futbolçusu adına aydınlıq gəldi

İlin ən yaxşı qadın futbolçusu adına aydınlıq gəldi

"Barselona"nın yarımmüdafiəçisi Aleksia Putelyas FİFA tərəfindən 2022-ci ilin ən yaxşı qadın futbolçusu seçilib. Ən yaxşı qadın baş məşqçi İngiltərə yığması ilə AVRO-2022-nin qalibi olan Sarina Viqman seçilib. "Mançester Yunayted"in qapıçısı Meri İps ilin ən yaxşı qadın qapıçısı adına layiq görülüb.

Qeyd edək ki, Aleksia Putelyasdaha əvvəl Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən Avropada da 2022-ci ilin ən yaxşısı qadın futbolçusu seçilib.