Ötən ilin ən yaxşı futbolçusu Messi seçildi

Ötən ilin ən yaxşı futbolçusu Messi seçildi

FIFA 2022-ci ilin ən yaxşı kişi futbolçusu ilə bağlı səsvermənin nəticəsini açıqlayıb. “The Best” mükafatına Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi layiq görülüb. O, Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappe və İspaniya "Real Madrid"indən Kərim Benzemanı qabaqlayıb.

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan Messi həmçinin turnirin ən yaxşı oyunçusu seçilib.