Estoniyanın paytaxtı Tallində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatında qılıncoynatmanın sablya növü üzrə gənc oğlanların şəxsi yarışında qaliblər müəyyənləşib. Azərbaycan sablyaçılarından Murad Əkbərov (4 qələbə), Maqsud Hüseynli (3 qələbə) və Saleh Məmmədov (3 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib. Qrupdakı qələbələrin sayına görə birbaşa 32-liyə yüksələn Əkbərov bu raundda polşalı Benedikt Denkievitsə 15:13 hesabı ilə qalib gəlib. O, 1/4 finala yüksəlmək uğrunda görüşdə turnirin qalibi Marko Mastrulloya 12:15 hesabı ilə uduzub.
Hüseynli pley-offda keçirdiyi ilk qarşılaşmada ispaniyalı Xayme Flforezə 15:13 hesabı ilə qalib gəlsə də, 1/8 finala gedən yolda rumıniyalı Radu Nituya məğlub olub - 6:15.
1/32 finala Məmmədov bu mərhələdə ukraynalı Dmitrii Kolobaievlə bacarmayıb - 4:15. Ayxan Xasıyev isə pley-offa yüksələ bilməyib.