Səsvermədə Messini seçən futbolçu təhqirlərlə üzləşdi

Səsvermədə Messini seçən futbolçu təhqirlərlə üzləşdi

İspaniyanın “Real” klubunun müdafiəçisi David Alaba “kral klubu”nun azarkeşlərinin qəzəbi ilə üzləşib. Buna onun FIFA-nın ilin ən yaxşı oyunçusuna verilən “The Best” mükafatı üçün səsverməsində Lionel Messini ilk sırada qeyd etməsi səbəb olub. Avstriya millisinin kapitanının komanda yoldaşı Kərim Benzemaya deyil, uzun illər “kral klubu”nun əzəli rəqibi “Barselona”da çıxış etmiş Messini seçməsi fanatları hiddətləndirib.

Azarkeşlər sosial şəbəkələrdə müdafiəçinin ünvanına tənqid və təhqirlər yazıblar. “Twitter”də “Alabaout” həştəqi trendə olub. Narazı fanatlar bununla onu komandanı tərk etməyə çağırıblar.