Messiyə səs verən “Real”ın futbolçusu özünə bəraət qazandırdı

Messiyə səs verən “Real”ın futbolçusu özünə bəraət qazandırdı

“Real” klubunun müdafiəçisi David Alabanın ötən gün Fransada təşkil olunan “The Best” mükafatı üçün səsvermə mərasimində Lionel Messini ilk sırada qeyd etməsi Madrid azarkeşləri arasında böyük səsküyə səbəb olub. Narazı fanatlar Alabanı komandanı tərk etməyə çağırıblar.

Avstriya millisinin kapitanının komanda yoldaşı bununla bağlı açıqlama verib. “Mən Avstriya millisinin kapitanı kimi səsvermədə iştirak etdim. Verilən bu səs mənim şəxsi seçimim deyil. Bu seçimi bütün Avstriya millisinin ortaq razılaşması əsasında millinin kapitan olaraq etmişəm”, - deyə David Alaba bildirib.