Həndbolçularımızın rəqibləri müəyyənləşdi

Həndbolçularımızın rəqibləri müəyyənləşdi

Bu il Bakıda keçiriləcək 17 yaşlı qız həndbolçular arasında Avropa çempionatının püşkü atılıb. Avstriyanın paytaxtı Vyanada təşkil edilən mərasimdə Azərbaycan millisinin də rəqiblərinin də adına aydınlıq gəlib. Millimiz Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstanla birlikdə A qrupunda mübarizə aparacaq.

B qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları seçmələri qüvvələrini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı avqustun 5-13-də keçiriləcək.