Ağır çəki dərəcəsində WBO, WBA, İBF və İBO versiyalarında dünya çempionu Vladimir Kliçko növbəti döyüşünü 2014-cü ildə keçirəcək. Bu barədə məlumat boksçunun özü tərəfindən yayılıb. "Hələlik deyə bilmərəm ki, rinqə növbəti dəfə məcburən və ya könüllü şəkildə çıxacağam. Təkcə onu bildirim ki, titulumu qorumaq üçün döyüşə hazıram. Bir neçə həftədən sonra rəqibimin adı bəlli olacaq”, - deyə ukraynalı bildirib. Bununla belə, Vladimir Kliçkonun 2014-cü ilin fevral ayında rinqə çıxacağı dəqiqləşib.