Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb 

Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb 

Gənclər və İdman Nazirliyi Olimpiya növləri üzrə milli komandaların idmançılarının 2023-cü ilin martın 1-nə olan reytinq cədvəlini açıqlayıb. Siyahıya bədii gimnastika üzrə qrup hərəkətləri komandası 685 xalla liderlik edir. Bədii gimnast Zöhrə Ağamirova 640 xalla ikinci, stend atıcılığı üzrə qarışıq komanda isə 405 xalla üçüncü yerdədir.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyənləşdirdiyi qaydalara uyğun aparılır.

Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun xallar hesablanır.