Aktrisanın ulduzu futbolçudan küsüb

Aktrisanın ulduzu futbolçudan küsüb

Zorlamada ittiham olunan PSJ-nin futbolçusu Əşrəf Hakiminin həyat yoldaşı Hiba Abuk boşanmaq üçün məhkəməyə müraciət edib.

"El Cierre Digital" xəbər verir ki, ispaniyalı aktrisanın bu qərarı futbolçunun zorlamada ittiham olunması ilə bağlı deyil. Onların bir neçə həftə əvvəldən münasibələrinin pozulduğu bildirilib.

Fevralın 27-də keçirilən FİFA-nın mükafatlandırma mərasimində Hakiminin Abuk ilə birlikdə görünməməsi də onların münasibətlərindəki gərginliyə işarə edir.

Xatırladaq ki, ötən həftə bir qadın polisə gedərək, Hakiminin ona təcazüv etdiyini söyləyib. Artıq mərakeşli futbolçu ilə bağlı araşdırma başlayıb.