Stadionlar böyüklükləri və görkəmləri ilə həmişə izləyicilərin diqqətini cəlb edirlər. Bu günə qədər inşa edilmiş ən çox tamaşaçı tutumuna malik stadion Şimali Koreyanın Pxenyan şəhərindəki "Rungrado 1 May" stadionudur. Bu arena 150 min nəfər tamaşaçı tutur.
Lakin ABŞ-dan olan bir heykəltəraş inşası mümkün olmayan bir stadion dizayn edib. Pol Pleyferin dizayn etdiyi arena 1 milyon nəfər azarkeş tutumludur.