Modriç rəhbərliyə məsləhət görür ki…

Modriç rəhbərliyə məsləhət görür ki…

Madrid "Real"ının yarımmüdafiəçisi Luka Modriç klubuna "Leyptsiq"in müdafiəçisi Yoşko Qvardiolu transfer etməyi məsləhət görüb. AS nəşrində yer alan xəbər görə xorvatiyalı oyunçu rəhbərliyə həmyerlisinin hələ uzun illər komandanı ciddi şəkildə gücləndirə biləcəyini deyib. Qvardiolun Almaniya klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, 21 yaşlı müdafiəçi bu mövsüm "Leyptsiq"in heyətində 28 oyuna çıxıb və 2 qol vurub.