Bu gecə "El-Klassiko" həyəcanı var

Bu gecə "El-Klassiko" həyəcanı var

Bu gün İspaniya kubokunda "El-Klassiko" oynanılacaq. Yarımfinalın ilk matçında Madrid "Real" evdə "Barselona"nı qəbul edəcək. Futbol azarkeşləri tərəfindən maraqla gözlənilən oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı isə aprelin 5-i "Kamp Nou"da olacaq.

Bu komandalar arasında son görüş "Barselona"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Həmin vaxt Kataloniya klubu bu qalibiyyət sayəsində İspaniya Superkubokunu qazanmışdı.

İspaniya Kral Kuboku, yarımfinal, ilk oyun

2 mart

00:00. "Real" - "Barselona"

Baş hakim: Xose Munuera (İspaniya)

"Santyaqo Bernabeu"