Təmsilçimiz beynəlxalq hakimlik dərəcəsinə layiq görülüb 

Təmsilçimiz beynəlxalq hakimlik dərəcəsinə layiq görülüb 

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən akrobatika gimnastikası üzrə hakimlik imtahanları keçirilib. Təmsilçimiz Lalə Hüseynova imtahanı uğurla başa vuraraq, ilk dəfə beynəlxalq dördüncü hakimlik dərəcəsi əldə edib.

Qeyd edək ki, FIG qaydalarına əsasən, hər Olimpiadadan sonrakı yeni Olimpiya dövründə gimnastika idman növləri üzrə qaydalara dəyişikliklər edildiyi üçün hakimlər sahib olduqları hakimlik dərəcələrini hər dördildənbir təsdiqləməli və ya daha yüksək dərəcə almalıdırlar. Ümumilikdə 4 hakimlik dərəcəsi mövcuddur. Ən yüksək dərəcə birinci, ən aşağı dərəcə isə dördüncüdür.