Azərbaycanla Qazaxıstan arasında gənclər siyasətisahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanla Qazaxıstan arasında gənclər siyasətisahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Martın 10-da Gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Darxan Kıdırali ilə görüşüb. Görüşdə iki qardaş ölkə arasında dostluq əlaqələrinin günbəgün daha da möhkəmləndiyi qeyd olunub. Ölkəmizdə gənclər siyasəti barədə məlumat verən nazir Fərid Qayıbov Azərbaycanla Qazaxıstan arasında bu sahədə əməkdaşlığın mövcud olduğunu qeyd edib.

Səmimi görüşə görə təşəkkür edən qazaxıstanlı nazir Darxan Kıdrali Qarabağ haqqında qazax dilində yazılmış kitabı Fərid Qayıbova hədiyyə edib.