Bütün zamanların rəmzi komandası

Bütün zamanların rəmzi komandası

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bütün zamanların rəmzi komandasını açıqlayıb. Tərtib olunan siyahıda müasir futbolun əfsanələri Lionel Messi və Kriştianu Ronaldo da yer alıb.

Bütün dövrlərin ən yaxşı "11-liy"inə aşağıdakı oyunçuların adları daxil edilib:

Qapıçı:Lev Yaşin (SSRİ)

Müdafiəçilər:Kafu (Braziliya), Frants Bekkenbauer (Almaniya), Franko Barezi, Paulo Maldini (hər ikisi İtaliya)

Yarımmüdafiəçilər:Dieqo Maradona (Argentina), Xavi Ernandes (İspaniya), Yohan Kroyf (Niderland)

Hücumçular:Lionel Messi (Argentina), Kriştianu Ronaldu (Portuqaliya), Pele (Braziliya)