«Simeone erası» sona çatır?

«Simeone erası» sona çatır?

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone İspaniya klubu yollarını ayırmaq üzrədir. "Telegraph Football"ın yaydığı məlumata görə, tərəflər arasında artıq razılıq əldə olunub. Cari mövsümün sonunda müqaviləyə xitam veriləcək.

Qeyd edək ki, 52 yaşlı argentinalı mütəxəssis 2011-ci ildən İspaniya klubunu çalışdırır.