“Çelsi” istefaya göndərdiyi baş məşqçisi Qrem Potterə təxminən 13 milyon funt-sterlinq təzminat ödəyəcək. Bu barədə “Daily Mail” məlumat yayıb. Bildirilib ki, London təmsilçisi 9 ayda məşqçilərə xərclədiyi ümumi məbləğ 50 milyon funt-sterlinqi keçib.
Potter və köməkçilərinin “Brayton”dan alınması rekord məbləğə - 22 milyon funt-sterlinqə başa gəlib. Londonluların baş məşqçisi olduğu 7 ay ərzində ingilis mütəxəssis təxminən 7 milyon funt-sterlinq qazanıb.
Bundan əlavə, "Çelsi" sentyabrda qovulan Tomas Tuhelə 10 milyon funt-sterlinq ödəyib.
Qeyd edək ki, Potter bir neçə gün əvvəl istefaya göndərilib.