Gimnastlarımız Bratislavada mübarizə aparıblar 

Gimnastlarımız Bratislavada mübarizə aparıblar 

Slovakiyanın paytaxtı Bratislavada aerobika gimnastikası üzrə açıq beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi yığma komandamızın üzvləri Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva təmsil ediblər. Azərbaycanda 2013-cü ilin sonundan etibarən inkişaf etməyə başlayan bu gimnastika növü üzrə yarışda ən yaxşı nəticə üçlük proqramında əldə olunub. Komandamızın üzvləri beşinci pillədə qərarlaşıblar.

Fərdi proqramda çıxış edən Leyla Bejanova isə yarışı 24-cü pillədə başa vurub.