“Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO

“Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO

Aprelin 5-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Prezident təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin “Təhsildən səngərə, səngərdən əbədiyyətə” kitabının təqdimat mərasimi keçirilib.

Kitab İdman Akademiyasının I və II Qarabağ müharibəsində şəhid olan tələbə və məzunlarına həsr edilib.

Tədbirdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, şəhid tələbə və məzunların ailə üzvləri, qazilər, akademiyanın professor-müəllim heyəti, inzibati işçilər, tələbələr və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

"Vətən müharibəsində Akademiya" adlı film nümayiş etdirildikdən sonra tədbirin aparıcısı, Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev kitabın məzmunu haqqında tədbir iştirakçılarına məlumat verib. Dilqəm Quliyevin bu günə qədər müxtəlif mövzularda, xüsusilə də idman mövzusunda 100-dən çox kitabın, 500-ə yaxın məqalənin müəllifi olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, kitabın hazırlanması müəlliflə yanaşı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyi və kollektivinin şəhidlərin ruhuna dərin hörmətin əlamətidir.

Sonra çıxış üçün söz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevə verilib. F.Hacıyev öz çıxışında qonaqlara Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan döyüş əməliyyatları, xalqın birliyi, 44 günlük Vətən müharibəsinin şəhid və qaziləri haqqında danışıb, həmçinin Akademiyanın tələbə və məzunlarının döyüşlərdə nümayiş etdirdiyi qəhrəmanlıqlardan bəhs edib.

“Əvvəlcə Qarabağda qəhrəmanlıq göstərən şəhidlərimiz və qazilərimizlə bağlı belə bir kitabı ərsəyə gətirdiyinə görə Dilqəm müəllimə akademiyanın kollektivi adından minnətdarlığımı bildirirəm. Ali Baş Komandan cənab İlham Əliyev, şəhidlərimiz və qazilərimiz başda olmaqla Qarabağ müharibəsində əldə etdiyimiz misilsiz qələbə dünya tarixində yeni bir səhifə açdı. Şəhid anaları və ataları, siz fəxr etməlisiniz ki, sizin övladlarınız necə bir tarixi qələbə qazanıblar. Mən bizə qələbə sevincini bəxş edən şəhidlərin ruhu və onları boya-başa çatdıran şəhid ailələri qarşısında baş əyirəm. Həmçinin qazilərimizə də Allahdan şəfa diləyirəm”, - deyə Fuad Hacıyev bildirib.  

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev isə çıxışında Dilqəm Quliyevin müəllifi olduğu kitabın Vətən müharibəsi qəhəmanlarının ictimaiyyətə tanıdılmasında misilsiz xidməti olduğunu qeyd edib. O, çıxışının sonunda Dilqəm Quliyevə “Böyuk zəfər” xatirə medalını təqdim edib. Dilqəm Quliyev isə öz növbəsində “Qarabağın idman tarixi” kitabını Füzuli Rzaquliyevə təqdim edib.

Tədbirdə çıxış edən şəhid Ramil Yusifzadənin anası Reyhan Yusifova isə tədbirin təşkilatçılarına və kitabın müəlifinə minnətdarlığını bildirib: “Övladlarımız Vətən torpağı uğrunda döyüşlərdə şəhid olublar. Bu ağrı-acını çəkmək çox çətindir. Lakin balalarımızın hansı amal uğrunda şəhid olması bizə bir balaca təskinlik verir. Bir təhsil işçisi olaraq qürur duyuram ki, mənim də şagirdlərə Vətən sevgisini aşılamaqda mənim də payım var. Hər zaman şagirdlərə deyirəm ki, Vətən sevgisi məktəbdən başlayır. Oğlum, Ramil 2014-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşdu. Bu gün bu akademiyanın foyesinə daxil olanda, auditoriyalara şəhidlərin adının verilməsini və onlar haqda məlumatları gördükdə qürur hissi keçirirəm. Bu gün akademiyada təqdimatına toplaşdığımız bu kitabı ərsəyə gətirdiyinə görə Dilqəm müəllimə təşəkkür edirəm. Bu kitab bizim üçün bir məlhəmdir. Akademiyanın rektoru Fuad müəllimə də belə bir şərait yaratdığına görə minnətdarlığımı bildirirəm. Hər zaman olduğu kimi bu dəfə də çıxışımın sonunda fəxrlə demək istəyirəm ki, mən Vətən torpağı uğunda canını fəda etmiş Ramil Yusifzadənin anasıyam”.

Şəhid Ürfan Orucovun anası Şərqiyyə Orucova isə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

“Mən bu tədbirə bir qədər tez gələrək akademiynanın şəhidlərimizin adı verilən auditoriyalarını gəzdim. Bir vaxtlar sevinə-sevinə akademiyaya yola saldığım şəhid Ürfanın və onun kimi digər qəhrəman övladlarımızın auditoriyasını görəndə fəxr etsəm də, göz yaşlarımı saxlaya bilmədim. Bu auditoriyaları, zalları gəzəndə Ürfanın ayaq izlərini, səsini, şıltaqlığını görmək istədim. Bütün bunları bir anda gözümün qarşısına gətirdim. İdman Akademiyasının rəhbərliyinnə şəhid ailələri ilə maraqlandığı və onları ziyarət etdiyi üçün təşəkkür edirəm. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman oğullarımızın şücaəti sayəsində torpaqlarımızı 44 gün ərzində düşməndən azad etdik. Allah bütün şəhidlərimizin məqamını uca etsin, qazilərimizə şəfa versin. Bizim oğullarımız torpaqlarımızın bütövlüyü uğrunda ölümün gözünə dik baxaraq, hətta yaralı olduğu halda hostpitalda yatmaqdan imtina edərək, döyüş meydanına yollanıb, bu qələbəni bizlərə nəsib etdilər”, - deyə Şərqiyə xanım qeyd edib.  

Tədbir zamanı Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov, şair Tapdıq Əlibəyli və şair-publisist Həsən Qaradağlı çıxış edərək kitab haqqında təəssüratlarını bölüşüblər.

Sonda müəllif Dilqəm Quliyev kitabın necə ərsəyə gəlməsindən danışıb və tədbirin təşkili üçün akademiya rəhbərliyinə, eləcə də qonaqlara təşəkkürünü bildirib: “29 il işğal altında olan torpaqlarımızı 44 günlük müharibədən sonra işğalçılardan azad etdiyinə görə Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevə, Mehriban xanım Əliyevaya, şəhidlərə, qazilərə minnətdarlığımı bildirirəm. Vətəni qorumaq, Vətəndə yaşamaq və bu Vətən uğrunda şəid olmaq şərəflidir. Azərbaycan Dövlət və Bədən Tərbiyəsi Akademiyasının tələbələrinin vətənpərvərlik tərbiyəsi diqqətə layiqdir.

İkinci Vətən müharibəsində idmançılardan 1402 nəfər iştirak edib, onlardan 367 nəfəri şəhid olub. 158 nəfər isə yaralanıb. Birinci və ikinci Vətən müharibəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə və məzunlarından könüllü şəkildə və hərbçi kimi orduda Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda gedən döyüşlərdə 416 nəfər iştirak edib, 49 nəfər şəhid olub. Onlardan 33 nəfər birinci, 16 nəfər isə ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb. 41 nəfər isə yaralanıb. Üç nəfər - Əliyar Əliyev, İlqar İsmayılov və Mədət Quliyev isə Milli Qəhrəman adına layiq görülüb.

Bu gün bu tədbirə toplaşan əziz şəhid anaları və ataları, siz bu, qalib ölkənin, xalqımızın ən müqəddəs insanlarısınız. Torpaq uğrunda şəhid olan övladlarınız sizin verdiyiniz tərbiyə ilə böyüyüb, xalqımızın bu dar günündə dayaq olublar. Şəhidlərimizin əziz xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq. Şəhidlərimizin qanları yerdə qalmadı, onların ruhu bu gün rahatlığına qovuşdu. Həm birinci, həm də Vətən müharibəsi adlandırdığımız bu müharibədə şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Qazilərimizə isə şəfa arzulayıram. Biz belə məd oğullarımızın canı-qanı bahasına torpaqlarımızı azad etdik”, - deyə Dilqəm Quliyev qeyd edib.

 

“Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO “Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimat mərasimi olub - FOTO