Yeni baş məşqçi Şekspiri də yaddan çıxarmadı

Yeni baş məşqçi Şekspiri də yaddan çıxarmadı

 "Lester"in yeni baş məşqçisi ictimaiyyətə açıqlanıb. Brendan Rocersin istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Din Smit təyin edilib. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb. Mütəxəssisin məşqçilər heyətində Kreyq Şekspir və "Çelsi"nin sabiq futbolçusu Con Terri də olacaq. Qeyd edək ki, "Lester" İngiltərə Premyer Liqasında 30 turdan sonra 25 xalla 19-cu pillədə qərarlaşıb.