Cempionlar Liqası: “Mançester Siti” və “İnter” yarımfinalın bir addımlığında 

Cempionlar Liqası: “Mançester Siti” və “İnter” yarımfinalın bir addımlığında 

UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin oyunlarına start verilib. Yarışın ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Portuqaliyanın “Benfika” klubu doğma meydanda İtaliyanın “İnter” komandasını sınağa çəkib. "İnter" bu qarşılaşmada inamlı qələbə qazanmaqla cavab matçı öncəsi üstünlüyü ələ alıb - 2:0.

Günün ən maraqlı görüşü isə İngiltərədə “Mançester Siti” ilə Almaniya nəhəngi “Bavariya” arasında təşkil olunub. Mançester təmsilçisi matçda rəqibini 3:0 hesabı ilə məğlub edib.

Komandalar arasında cavab qarşılaşması aprelin 19-da təşkil olunacaq. Dörddəbir final mərhələsinin digər iki ilk oyunu bu gün keçiriləcək. Belə ki, "Çelsi" İngiltərədə "Real Madrid"i qəbul edəcək. "San Siro" stadionunda isə İtaliya təmsilçiləri - "Milan" və "Napoli" üz-üzə gələcəklər.