ÇL: 1/4 finalın ilk oyunlarına yekun vuruldu

ÇL: 1/4 finalın ilk oyunlarına yekun vuruldu

UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk matçlarına yekun vurulub. Sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

Turnirin son qalibi olan "Real Madrid” İspaniyada "Çelsi”ni qəbul edib. Fransalı baş hakim Fransua Leteksyenin idarə etdiyi matçda Madrid təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Görüşdə qolları Kərim Benzema və Marko Asensio vurublar.

Digər oyun isə İtaliyada "Milan” və "Napoli” klubları arasında baş tutub. Rumin FIFA referisi İştvan Kovaçın idarə etdiyi matçda 1:0 hesablı nəticə qeydə alınıb. Belə ki, "Milan”ın əlcəzairli yarımmüdafiəçisi İsmael Bennaser fərqlənərək adını tabloya yazdırıb.

Komandalar arasında cavab oyunları aprelin 18-də keçiriləcək.

Qeyd edək ki, dörddəbir finalın digər ilk oyunlarında "Mançester Siti” İngiltərədə Almaniyanın "Bavariya” komandasına 3:0, İtaliyanın "İnter” klubu isə Portuqaliyada "Benfika”ya 2:0 hesabı ilə qalib gəlib.