Mbappenin Olimpiya çempionluğu mümkündür

Mbappenin Olimpiya çempionluğu mümkündür

Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək istəyir. 25 yaşlı hücumçu bu barədə "Tout le Sport"a müsahibəsində deyib: «Olimpiadada oynamaq arzusundayam. Orada olub-olmayacağımı bilmirəm. Bu, məndən asılı deyil. Ortaya çıxan və öyrənilməsi lazım olan bir çox amillər var. Özüm buna təkid etməyəcəyəm. Oyunlar FIFA təqviminə daxil edilməyib. Mənə bunu etməli olduğumu desələr, edəcəyəm".

Qeyd edək ki, olimpiadada yalnız 23 yaşdan kiçik oyunçular iştirak edə bilər. Lakin hər komandada yaş məhdudiyyəti xaricində üç futbolçunun yer almasına icazə verilir. Yarış 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransada keçiriləcək.