Çempionlar Liqasının ilk yarımfinalçıları müəyyənləşəcək

Çempionlar Liqasının ilk yarımfinalçıları müəyyənləşəcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Keçirilən oyunlardan sonra yarımfinala vəsiqə qazanacaq ilk iki iştirakçının adına ayınlıq gələcək.

Turnirin son qalibi İspaniya klubu “Real Madrid” “Santyaqo Bernabeu”da iki cavabsız qolla məğlub etdiyi İngiltərənin “Çelsi” klubunun qonağı olacaq.

Digər cütlükdə italyan dueli olacaq. “Napoli” səfərdə bir qolla uduzduğu “Milan”ı qəbul edəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 1/4 final mərhələsinin digər iki oyunu isə sabah təşkil olunacaq.