Azərbaycan Kuboku: “Qəbələ” “Səbail” qarşı

Azərbaycan Kuboku: “Qəbələ” “Səbail” qarşı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunlarına start veriləcək. İlk matçda "Qəbələ" "Səbail"i qəbul edəcək. İndiyədək bu turnirdə komandaların yolları bir dəfə kəsişib. 2017/2018 mövsümünə təsadüf edən 1/4 final qarşılaşmalarının hər ikisində qələbə qazanan əyalət təmsilçisi mərhələ adlayıb - 1:0 və 4:2.

Tərəflər arasındakı cavab görüşü aprelin 27-də baş tutacaq.

Qeyd edək ki, aprelin 19-da təşkil olunacaq digər yarımfinal qarşılaşmasında "Neftçi" "Turan Tovuz"un qonağı olacaq.