Argentina dünya çempionatına ev sahibliyi edəcək

Argentina dünya çempionatına ev sahibliyi edəcək

Argentina 20 yaşadək futbolçular arasında növbəti dünya çempionatına ev sahibliyi edəcək. Bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb. U-20-lər arasında mundialın əvvəlcə İndoneziyada təşkili planlaşdırılsa da, FIFA siyasi səbəbdən ev sahibliyini başqa ölkəyə tapşırmaq qərarına gəlib. Nəticədə Argentina Futbol Assosiasiyasının təqdim etdiyi ərizə təsdiqlənib.

Ali futbol qurumunun nümayəndə heyəti turnirin keçirilməsi üçün nəzərdə tutulan stadionlara baş çəkərək müsbət rəy verib.

Mayın 20-dən iyunun 11-dək təşkil olunacaq dünya çempionatının birinci mərhələsində 24 komanda 6 qrupa bölünəcək. Argentina millisi ev sahibi kimi İndoneziya yığmasını əvəz edəcək.

Qeyd edək ki, Argentina seçməsi FIFA Gənclər Çempionatı tarixinin ən uğurlu komandasıdır. Çünki cənubi amerikalılar altı dəfə yarışın qalibi olublar.