İdmançı həyatına işıq salan qızılı parıltı

İdmançı həyatına işıq salan qızılı parıltı

Bir medalın görünən və görünməyən tərəfi

 

Olimpiya oyunlarında iştirak edən idmançılara hər zaman dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Onların maddi rifahı və sosial şəraiti yüksək səviyyədə təmin olunur. İdman yarışlarının ən nüfuzlusu olan olimpiadanın qalib və mükafatçıları cəmiyyət üçün həm də örnək hesab olunurlar. Bəli, Olimpiya oyunlarında medal əldə etmək bu və ya digər səbəblərdən hər bir idmançının dəyişməz arzusu olaraq qalmaqdadır. Maraqlıdır ki, Olimpiya oyunlarında iştirak edərək fəxri kürsünü fəth edən idmançıların zəhməti digər ölkələrdə necə qiymətləndirilir.

 

Şimaldan qərbə dəyişən kəmiyyət keyfiyyətə

qarşı...

Bunun üçün son olimpiadaya nəzər salaq. Dünyanı cənginə almış və vaxtilə bütün sahələri iflic etmiş pandemiya dövrünə “qayıtmayaq”, sadəcə nəzər salaq. COVİD-19 səbəbindən olimpiada öz vaxtında deyil, bir sonra yəni 2021-ci ildə müəyyən şərtlər əsasında tamaşaçısız keçirildi. Həmin olimpiadada Azərbaycan idmançıları qızıl medal qazanmasalar da, digər ölkələrin təmsilçiləri bu uğura yiyələnə bildilər. Həmin vaxt Rusiya ilə Ukrayna arasında müharibə də yox idi. Bunu ona görə xatırladırıq ki, müharibədən əvvəl bu ölkələrin də olimpiadada fərqlənən idmançılara verdikləri mükafatları araşdırmışıq. Araşdırmalarımız göstərir ki, Asiya ölkələri Olimpiya qızılını daha çox məbləğlə qiymətləndirirlər. Rusiya və Ukrayna onlardan geri qalır. Medal sayına görə hər zaman liderliyə can atan ABŞ-da isə çempionluğa görə mükafatın təyin olunması elə də böyük əhəmiyyət kəsb etmir.

Rusiyalılar dörd ildən bir bu mötəbər idman tədbirinə ən çox idmançı ilə yollanıb, elə həmin sayda medal qazanmağı məqsəd qoyurdu. Oyunlarda mükafatçılar sırasına düşən idmançılara dövlət pul mükafatları təqdim edirdi. (Ukrayna ilə müharibədən sonra onların bütün yarışlardan uzaqlaşdırılmasına qədər - red). Məsələn Tokio-2020 Olimpiadasında qızıl medalçıya yerli hökumət 4 milyon rubl (54 min dollar) vermişdi. İkinci yerə 2,5 milyon rubl (34 min dollar), üçüncü yerin qalibinə isə 1,7 milyon (23 min dollar) pul mükafatı ayırmışdı. Doğrusu bir idmançının sosial vəziyyətinin normallaşması üçün bu, heç də pis mükafat deyil. Bundan başqa Rusiya idmançıları hələ də ölkə hakimiyyəti və milli federasiyalar tərəfindən ödənişlər almaq hüququna malik idilər.

Xatırladaq ki, ruslar Tokioda Rusiya Olimpiya Komitəsi (ROK) adı altında yarışlara qoşulmuşdu. Səbəb kimi isə onların idmançılarının dopinq qalmaqalı göstərilirdi.

Ukraynada müharibədən əvvəl də maaşlar çox aşağı idi. Lakin ölkədə idman sahəsi üçün ayrılan büdcə sosial təminat üçün təyin olunan məbləğdən fərqlənirdi. Ukrayna hökuməti olimpiadanın qalibinə Rusiyadan daha çox diqqət və dəyər verirdi. Aylıq orta əmək haqqı Rusiya ilə müqayisədə aşağı olmasına baxmayaraq, qərbi avropalılar birinci yer üçün 125 min dollar təyin etmişdilər. Tokiodan gümüş medal gətirən idmançı 80 min dollar, bürünclə qayıdan isə 55 min dollar əldə etmişdi. Maraqılıdır ki, Asiyada keçirilən bu nəhəng idman yarışında əgər ruslar 20 qızıl medal qazandılarsa, ukraynalılar yalnız bir dəfə çempionluq sevinci yaşadılar.

 

Səxavətli asiyalıların

çempionluq arzusu

Olimpiya Oyunlarında mükafatçılar sırasında yer alan atletlərin zəhmətini qiymətləndirən ən əliaçıq ölkələr sırasına İndoneziya və Sinqapur liderlik edir. Belə ki, Tokioda qızıl medal qazanacaq idmançısı üçün hər iki ölkələr təxminən 750 min dollar pul mükafatı ayırmışdı. İndoneziyadan həmin məbləği qazanan idmançı oldu. Belə ki, badminton yarışlarında iştirak edən iki qız (cütlüklərin mübarizəsində) həmin mükafata yiyələndilər. Belə ki, İndoneziya üçün 750 min dollar ağılasığmaz məbləğdir. Bu ölkədə aylıq orta əmək haqqı 500-600 dollar hesab edilir. Belə ki, qalib indoneziyalılar qalan ömürlərini işləmədən yaşıya bilərlər.

Sinqapurdan isə heç bir idmançı öz ölkəsinə medalla qayıtmadı. Ölkə yekun sıralamada medal əldə etməyən ölkələr sırasında yer aldı. Ölkənin olimpiyaçıları təəssüf dolu anlar yaşadılar. Çünki, Sinqapurda orta aylıq əmək haqqı 4 min dollardan başlayır. Buna görə də, əyarından asılı olmayaraq, sinqapurlu mükafatçı yüksək bonuslara yiyələnə bilərdi. Bunun üçün onlardan hər hansı biri Tokiodan mükafatla qayıtmalı idi. Hesablamaya görə, ən bahalı həyat tərzi olan Sinqapurda qızıl medalın sahibi özünə ən yüksək qiymətə, lakin çox da böyük olmayan, bir otaqlı daşınmaz əmlak ala bilər.

Olimpiya oyunlarında qızıl medal üçün böyük mükafat təsis edən ölkələr sırasında Qazaxıstanın da adı var. Tokio-2020-dən qabaq olimpiadadanın qalibləri üçün ayrılmış məbləğin həcmi 250 min dollar nəzərdə tutulmuşdu. Yekun sıralamaya əsasən 83-cü yerdə qərarlaşan ölkə yığması cəmi 8 bürünclə kifayətlənmişdi.

 

Okeanın o tayından gələn

qəpik-quruş səsi

İlk baxışdan elə görünür ki, ABŞ idmançıları hər olimpiadadan sonra varlanır, ölkə sərvətinin çox hissəsini idmançıların ayaqları altına atır. Əsla bu belə deyil. Okeanın o tayında düşünürlər ki, bu idmançıdırsa, o bu yolu seçibsə, deməli, Olimpiya çempionu olmağa borcludur. Amerikalılar daha həmin atleti həvəsləndirib, qısa müddətdə başını gicəlləndirmir. Bu qərar heç atletlərin də parlaq çıxışlarına təsir etmir. Medal sayında onlar ilk pilləni tutub, medalları “yığışdırıb”, öz ölkələrinə qayıdırlar. Yaponiya paytaxtında da ABŞ medal sayına və ayarına görə zirvədə yer almışdı.

Amerikada Olimpiada qaliblərinə 37,5 min dollar, Kanadada isə cəmi 15 min dollar ayrılır. Bəs niyə onlar bu qəpik-quruşla qane olurlar?

ABŞ-da Olimpiya oyunlarının mükafatçıları üçün bir çox imtiyazlar var. Ölkədəki qanunvericiliyə əsasən, əgər bir insanın qazancı bir milyon dolları aşmazsa, o federal gəlir vergisinə cəlb edilmir. Ölkədə vergilərin yüksək olduğunu nəzərə alsaq, bu əhəmiyyətli bir kompensasiya hesab edilə bilər.

Bütün bunlardan əlavə pullar şəxsi sponsora aiddir. Şimali Amerikada peşəkar idmanın dövlət tərəfindən maliyyələşdirilməsi qəbul edilmir. Orada idmançılar “maliyyələşdirilmə açarı”nı özləri axtarırlar. Buna misal olaraq, amerikalı badmintonçu Çan Beyveni göstərmək olar. Çan Breyven oyunlara hazırlaşmaq üçün ianə yığmağa başlamışdı.

Daha vacib bir məqam odur ki, ABŞ və Kanada olimpiyaçılara təqaüd və təhsil almaq üçün qrantlar ayırır. İdmançıların müasir kollec və universitetlərdə təhsil alması üçün valideynlər uşaq yaşlarından onlara pul toplayırlar. Bir sözlə, olimpiadada qalib olmaq qənaət etmək üçün əla vasitədir. Hətta olimpiyaçılar üçün ən keyfiyyətli və elit tibb məntəqələrində sığortalar belə mövcuddur.

O cümlədən, demək olar ki, Kanadada da Olimpiya mükafatçılarına dövlət tərəfindən elə də yüksək məbləğ ödənilmir. Oradakı yaşayış səviyyəsi imkan verir ki, idmançılar belə, qələbəyə yatırılan məbləği 4-5 ay ərzində özü qazana bilər.

Nəhayət ki, ABŞ və və Kanadada idman vasitəsi ilə varlanmağa cəhd edən az adam tapılar. Vergi onları tam nəzarətində saxlayır.

 

Hazırladı:

Anar Əhmədov

 

 

P.S. Bu sahədə Avropa ölkələri arasında İtaliya liderlik edir. Burada isə Oyunların birinci yeri qazanmış qaliblərinə 212 min dollar ödənilir. Apeninlilər Tokio-2020-ni 40 medalla (10 qızıl, 10 gümüş, 20 bürünc) ilk 10-luqda yekunlaşdırmışdılar.

 

İdmançı həyatına işıq salan qızılı parıltı İdmançı həyatına işıq salan qızılı parıltı İdmançı həyatına işıq salan qızılı parıltı İdmançı həyatına işıq salan qızılı parıltı